• Bakı C

    9.73 m/s

  • USD - 1.7

    EUR - 1.7724

    RUB - 1.6318

Çində dünyanın ən uzun sürətli tuneli tikilib

DÜNYA

30 Dekabr 2024 | 10:59

Çində dünyanın ən uzun sürətli tuneli tikilib

Çinin şimal-qərbində yerləşən Sincan muxtar bölgəsində dünyanın ən uzun sürətli magistral yolu hesab edilən Tyanşan Şenqli tunelinin tikintisi başa çatıb. 

Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, uzunluğu 22,13 km olan tunel qarlı dağlardan keçərək Sincan-Uyğur Muxtar Rayonunun cənub və şimal hissələrini birləşdirir.

Tunel işə salındıqdan sonra Tyanşan dağının orta hissəsindən keçmək üçün tələb olunan vaxtı bir neçə saatdan təxminən 20 dəqiqəyə qədər azaldacaq. Bu, Sintsziyanın şimalındakı Urumçi regional inzibati mərkəzindən cənub bölgəsindəki Yuli rayonuna qədər uzanan Urumçi-Yuli yüksək sürətli avtomobil yolunun əsas layihəsidir. 

Tunelin 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır.

Gülşən Şərif


SON XƏBƏRLƏR

01 Yanvar 2025