• Bakı 16° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Çində şagirdlərini zəhərləyən müəllim edam olundu

DÜNYA

14 Iyul 2023 | 20:30 | Müəllif: Subhan Mahmudov

Çində şagirdlərini zəhərləyən müəllim edam olundu

Çində şagirdlərini zəhərləyən müəllim edam olunub.

Bakıvaxtı.az xəbər verir ki, müəllim Vanq Yun Henan əyalətində xalq məhkəməsinin qərarı ilə işlədiyi məktəbdəki şagirdlərin yeməyinə kimyəvi maddə qataraq bir nəfərin ölümünə, 25 nəfərin zəhərlənməsinə səbəb olduğu üçün edam edilib.

Yun başqa bir müəllimlə yaşadığı problem səbəbindən bunu törətdiyini iddia edib. Belə ki, 40 yaşlı Van 2019-cu il martın 27-də Sun soyadlı həmkarı ilə “şagirdlərin idarə edilməsi” məsələsi ətrafında mübahisə edib. Bundan sonra o, uşaqların sıyığına zəhərli natrium nitrit qatıb. Nəticədə uşaqlardan biri orqan çatışmazlığı səbəbindən həyatını itirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR