Polşa Belarusla həmsərhəd ərazini Amerika helikopterləri ilə əhatə etməyi planlaşdırır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Polşa Milli Müdafiə Nazirliyinin rəhbəri Mariuş Blaşçak bildirib.
Onun sözlərinə görə, gələn həftə Varşava ABŞ Konqresinin qərarını gözləyir. Polşanın Abrams tankları ilə birlikdə Apaçi helikopterləri ilə bağlı müraciəti təsdiqlənməlidir. Blaşçak iddia edir ki, tanklar və vertolyotlar keçilməz sədd təşkil edəcək.
O, həmçinin əlavə edib ki, artıq sərhədin bu hissəsində Cənubi Koreyanın K2 Qara Panter tankları, FA-50 döyüş təyyarələri və HIMARS artilleriya sistemləri yerləşdirilib.
















