Sumqayıt Kimya Sənaye Parkında Çin şirkəti olan və keramik plitələr istehsal edən “Azərbaycan Vanhong Ceramics Co” MMC cərimələnib.
Bakıvaxtı.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi müəssisə barəsində nzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən protokol tərtib olunaraq Sumqayıt Şəhər Məhkəməsinə göndərib.
Həmin maddəyə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
Ramid İbrahimov