• Bakı 13° C

    6.4 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Conson Ukraynada hərbi təlimdə iştirak etdi - FOTOLAR

DÜNYA

23 Iyul 2022 | 21:12

Conson Ukraynada hərbi təlimdə iştirak etdi - FOTOLAR

Böyük Britaniyanın Baş naziri Boris Conson Ukrayna əsgərlərinin təlim keçdiyi Yorkşirdəki hərbi təlim düşərgəsini ziyarət edib.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, düşərgədə təlim keçən ukraynalı əsgərlərlə görüşən Conson çoxlu sayda hərbi texnika ilə poza verdikdən sonra əl qumbarası atıb.

Sosial media hesabında əsgərlərlə təlimlərə qatıldığı anların görüntüsünü paylaşan Baş nazir “Önümüzdəki 4 ayda təxminən 10 min insana təlim keçmək istəyirik. Bilirəm ki, sonda Ukrayna xalqı və Ukrayna qüvvələri uğur qazanacaq. İngiltərənin indiyə qədər etdiyi yardımlara görə fəxr edirəm. Amma bu, daha çox Ukrayna qoşunlarının cəsarəti və qəhrəmanlığı sayəsində olur”qeyd edib.


Conson Ukraynada hərbi təlimdə iştirak etdi - FOTOLARConson Ukraynada hərbi təlimdə iştirak etdi - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026