• Bakı 10° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Corc Dikdən Azərbaycanın İsraildə səfirlik açması ilə bağlı PAYLAŞIM

SİYASƏT

18 Noyabr 2022 | 16:14

Corc Dikdən Azərbaycanın İsraildə səfirlik açması ilə bağlı PAYLAŞIM

İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycanın İsraildə səfirlik açmasına münasibət bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə bu gün İsrailin Azərbaycandakı səfiri Corc Dik "Twitter" hesabında bildirib.

“Bu şüşəni açmaq vaxtıdır! Bu gün Milli Məclis Azərbaycanın İsraildə səfirliyinin açılması haqqında qanunu qəbul edib”, - deyə paylaşımda qeyd edilib.

Xatırladaq ki, Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq təsdiq edilib.


Corc Dikdən Azərbaycanın İsraildə səfirlik açması ilə bağlı PAYLAŞIM
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026