• Bakı 11° C

    5.18 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Çörək bahalaşacaq?

GÜNDƏM

30 May 2024 | 17:44

Çörək bahalaşacaq?

Xəbər verdiyimiz kimi, Azərbaycanda un bahalaşıb. Belə ki, aprel ayında 50 kiloqramlıq unun qiyməti 25 manat 5 qəpik təşkil edib. Bu ay isə qiymət 27 manat 35 qəpiyə qədər artıb.

Bəs görəsən, unun qiymətindəki artım çörəyin bahalaşmasına təsir göstərəcək?

Bakıvaxtı.az xəbər verir ki, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayevin sözlərinə görə, ölkədə çörəyin qiymətinin artması gözlənilmir.

"Ola bilsin ki, bu aylarda un məhsullarına olan tələbat yüksəldiyi üçün müəyyən qiymət artımı olsun. Bir neçə gündən sonra buğda və arpa biçininə başlanılacaq. Sözsüz ki, bazar tənzimlənməlidir. Ona görə də narahatlığa səbəb yoxdur", - deyə komitə sədri bildirib. Unikal


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR