• Bakı 8° C

    1.75 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

COVID-19 ürəyə belə təsir edir

CƏMİYYƏT

07 Fevral 2022 | 23:42 | Müəllif: Subhan Mahmudov

COVID-19 ürəyə belə təsir edir

Koronavirus infeksiyasına yoluxma zamanı ürək-damar xəstəliklərindən ölüm halları ilə bağlı məlumatlar hətta eyni ölkə daxilində də dəyişir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Səhiyyə Nazirliyinin baş müstəqil kardioloqu Sergey Boytsov "Radio Rusiya"nın efirində deyib. 

Onun sözlərinə görə, hazırda dünyanın əksər ölkələrində COVID-19 fonunda ürək xəstəliklərindən ölüm hallarının artımı 10-12% təşkil edir.

Mütəxəssis onu da qeyd edib ki, ürək-damar xəstəliklərinin fəsadları, o cümlədən ölüm halları təkcə koronavirusla deyil, həm də əksər infeksiyalarla bağlıdır. Həkim əlavə edib ki, qrip epidemiyası zamanı miokard infarktından ölüm 30 faizə qədər yüksəlir.

"Əsasən ya ürək çatışmazlığı, ya da aritmiyalar nəticəsində qəfil ölüm mexanizmi ilə əlaqəli olan koronar ürək xəstəliyinin digər formalarından ölüm təxminən 10 faizdir" - S.Boytsov qeyd edib. (publika.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026