• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Cozef Bayden Kiyevdədir, Zelenski ilə görüşdü - YENİLƏNİB

DÜNYA

20 Fevral 2023 | 14:43

Cozef Bayden Kiyevdədir, Zelenski ilə görüşdü - YENİLƏNİB

ABŞ Prezidenti Cozef  Baydenin Avropaya səfəri zamanı Ukraynanı ziyarət etməsi əvvəlcə planlaşdırılmamışdı. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ağ evdən bildirilib.  

Qeyri-rəsmi məlumata görə, ABŞ lideri Kiyevə qatarla gəlib. 

KİV-in məlumatına görə isə səfərin logistika baxımından çox çətin olacağı proqnozlaşdırılırmış. Çünki C.Bayden ya qatarla 10 saat hərəkət etməli, ya da təhlükəli uçuş həyata keçirməliymiş.  

Qeyd edək ki, “Politico” məxfi səfər variantının nəzərdən keçirildiyini və sonda bundan imtina olunğunu yazmışdı.

Ancaq indi səfərdən imtina edilmədiyi ortaya çıxıb. 
 

14:07

ABŞ Prezidenti Cozef Bayden və Ukrayna Prezidenti Volodimir Zelenski arasında Kiyevin Mixaylovski kilsəsində görüş keçirilir.

Bakıvaxtı.az  xəbər verir ki, məlumatı Ukrayna KİV-i yayıb.

V.Zelenski amerikalı həmkarını Mixaylovsk meydanında qarşılayıb.

ABŞ lideri həyəcan siqnalı altında müharibədə həlak olan Ukrayna müdafiəçilərinin xatirəsini yad edib.

 

13:46

ABŞ Prezidenti Cozef Bayden gözlənilmədən Ukraynanın paytaxtı Kiyevə səfər edib.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı Ukrayna mətbuatı yayıb.

Ağ ev liderinin Kiyevə gələcəyi barədə əvvəldən heç bir məlumat yayılmayıb.

C.Baydenin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcəyi, ölkədəki vəziyyətlə yaxından tanış olacağı gözlənilir.


Cozef Bayden Kiyevdədir, Zelenski ilə görüşdü - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026