• Bakı 21° C

    6.23 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

ABŞ PUA-ları Krımdan uzaqlaşdı

DÜNYA

22 Mart 2023 | 12:38

ABŞ PUA-ları Krımdan uzaqlaşdı

Son PUA insidentindən sonra ABŞ pilotsuz təyyarələri Qara dəniz üzərində uçuşlarını davam etdirsə də, Krımdan uzaqlaşaraq marşrutlarını dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə CNN mənbələrinə istinadla məlumat yayıb.

Kanalın məlumatına görə, ABŞ PUA-larının beynəlxalq hava məkanında uçuşları davam edir, lakin indi onlar Krım yarımadası və Qara dənizin şərq hissələrindəki hava məkanından uzaqlaşıblar.

Mənbə bildirib ki, buna səbəb Rusiya ilə baş verə biləcək hər hansı təxribatdan qaçmaqdır. Çünki Bayden administrasiyası ABŞ və Rusiya qüvvələri arasında birbaşa konfliktin yaranmasını istəmir.


SON XƏBƏRLƏR

24 Aprel 2024