• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Daha 77 şəhid və qazi ailəsinin məişət şəraiti yaxşılaşdırılıb

CƏMİYYƏT

03 May 2021 | 18:40

Daha 77 şəhid və qazi ailəsinin məişət şəraiti yaxşılaşdırılıb

Aprel ayının 26-dan 2 may tarixlərinədək 77 şəhid və qazi ailəsinin məişət şəraiti yaxşılaşdırılıb.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, "YAŞAT" Fondu tərəfindən bu tarix ərzində 68 şəhid ailəsi və qazinin tibb xərcləri ödənilib.

Bundan əlavə, 5 şəhid ailəsinin borc öhdəlikləri qarşılanıb.

Qeyd olunub ki, daha 20 şəxsin məişət şəraitinin yaxşılaşdırılması, 40 şəxsin tibb xərclərinin ödənilməsi və 6 şəxsin borc öhdəliklərinin qarşılanması istiqamətində işlər görüləcək.


Daha 77 şəhid və qazi ailəsinin məişət şəraiti yaxşılaşdırılıb
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026