• Bakı 11° C

    5.18 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Deputat Səttar Möhbalıyev koronavirusa yoluxdu - Xəstəxanaya yerləşdirildi  

GÜNDƏM

14 Iyul 2021 | 10:28

Deputat Səttar Möhbalıyev koronavirusa yoluxdu - Xəstəxanaya yerləşdirildi

Milli Məclisin deputatının koronavirus testinin nəticələri bəlli olub. 

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, parlamentin 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsindən üzvü, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyevin COVID-19-la bağlı verdiyi testin nəticəsi pozitiv olub.

O, hazırda  Mərkəzi Gömrük Hospitalında müalicə alır. Hospitaldan bildirilib ki, pasiyentin vəziyyəti ilə bağlı məlumat yalnız onun ailə üzvlərinə verilir.

Qeyd edək ki, bundan öncə də COVID-19-a yoluxmuş deputatlar olub. Onlar artıq sağalıb.

Ramid İbrahimov 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR