• Bakı 23° C

    5.3 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Daha bir məktəb əyani tədrisə qayıdıb

CƏMİYYƏT

21 Yanvar 2022 | 13:16 | Müəllif: Subhan Mahmudov

Daha bir məktəb əyani tədrisə qayıdıb

Paytaxtdakı Məktəb-Lisey Kompleksində əyani dərslər bərpa edilib.

Bu barədə Bakıvaxtı.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

"Belə ki, məktəb-liseyin müəllim-şagird kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur", - məlumatda deyilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026