• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Daha bir ölkə COVID-19 məhdudiyyətlərini ləğv edir

DÜNYA

01 Aprel 2022 | 07:09 | Müəllif: Qalib İbrahimoğlu

Daha bir ölkə COVID-19 məhdudiyyətlərini ləğv edir

Bu gündən etibarən üçüncü ölkələrdən Latviyaya gələn şəxslər üçün COVID-19 məhdudiyyətini ləğv ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı ölkə mətbuatı yayıb.

Bildirilir ki, dünyada olduğu kimi, Latviyada da COVID-19-un yayılması azalır və beləliklə, cəmiyyət üçün risklər minimuma enir. Bununla əlaqədar olaraq, Səhiyyə Nazirliyi qeyd edir ki, hazırda Latviyaya girişlə bağlı istənilən məhdudiyyətlərin aradan qaldırılması mümkündür. Eynən bu cür digər Avropa İttifaqı ölkələri də səyahət məhdudiyyətlərindən imtina edirlər.

Eyni zamanda qeyd edilib ki, əhalinin sağlamlığı üçün təhlükə yarada bilən epidemioloji vəziyyətlə əlaqədar olaraq, yüksək risk qrupuna daxil olan ölkələrdən girişə tətbiq edilmiş məhdudiyyətlər qüvvədə qalmaqdadır. Hazırda belə ölkələr yoxdur, lakin haradasa cəmiyyət üçün əlahiddə yüksək riskin yenidən müəyyən ediləcəyi nəzərə alınaraq qaydalarda müvafiq dəyişikliklər edilə bilər. Xəstəliklərin Profilaktikası və Nəzarət Mərkəzi ictimaiyyəti məlumatlandırmaq üçün yüksək risk qrupuna daxil olan ölkələrin siyahısını dərc etməyə davam edəcək.

Qeyd edək ki, aprelin 1-dən etibarən Latviyada COVID-19 ilə bağlı digər məhdudiyyətlər də yumşaldılacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR