• Bakı 8° C

    2.18 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Daha bir ölkədə iş həftəsi qısaldılır

DÜNYA

09 Fevral 2025 | 17:33 | Müəllif: Subhan Mahmudov

Daha bir ölkədə iş həftəsi qısaldılır

Rusiya Dövlət Dumasının Əmək, Sosial Siyasət və Veteranların Məsələləri Komitəsinin rəhbəri Yaroslav Nilov (LDPR) iş həftəsinin bir saat qısaldılmasını nəzərdə tutan qanun layihəsi hazırlayıb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, sənəd təsdiqlənmək üçün hökumətə göndərilib.

Rusiya Federasiyasının Əmək Məcəlləsinə dəyişikliklər edilməsi təklif olunur.

Qanun layihəsində deyilir: “Həftə sonu ərəfəsində beşgünlük iş həftəsində iş gününün və ya növbənin müddəti müəyyən edilmiş iş saatı norması saxlanılmaqla bir saat azaldılır”.

Nilov qeyd edir ki, indi əmək münasibətlərinin tərəfləri cümə günləri qısaldılmış iş saatı təyin etmək hüququna malikdir, lakin “indiki şəraitdə belə bir normanın qanunda təsbit edilməsi məqsədəuyğun olardı”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR