Türkiyədə taksi sürücüsü təhqir olunub.
Bakıvaxtı.az yerli mətbuata istinadla xəbər verir ki, hadosə Aydında yaşanıb.
Belə ki, taksi sürücüsü aralarında yaranan mübahisə zamanı onu təhqir edən qadın sərnişindən şikayət edib.
Efeler rayonunda taksi sürücüsü işləyən Mehmet Cihan ötən gecə avtomobilində müştəri kimi götürdüyü M.Ç. ilə aralarında mübahisə yarandığını, daha sonra qadının onu söydüyünü bildirib.
M.Ç. haqqında polisə şikayət etdiyini vurğulayan Cihan, qadının ona ünvanladığı sözlərində taksiyə mindiyi sərnişin tərəfindən silahla öldürülən Oğuz Ergenin qətlini xatırlatdığını qeyd edib.
İki uşaq atası olduğunu və ailəsini dolandırmaq üçün gecələr işlədiyini deyəb taksi sürücüsü daha çox insanın zərər görməməsi üçün tədbir görülməsini istəyir:
“Mən bu qadından da şikayət etdim, qanun nə tələb edirsə, edəcəyik.Mənim üçün ən əhəmiyyətli məsələ endiyi zaman dediyi sözlərdir...”
Tərəflər arasında baş verən hadisələr taksi kamerası tərəfindən lentə alınıb. Görüntülərdə taksi sürücüsü “Bax xanım, avtomobilin kamerası yazır, söyüş söymə” deməsi, M.C isə maşından düşərək “Kameranı yandır, görək nə söyüşlər etdim sənə” deyib. Sizin kimi taksi sürücülərini arxadan vururlar, bəli... Sizin kimiləri vursunlar" sözləri yer alıb.
Mina Mikayılova
















