• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Daha bir ulduz futbolçu "Əl Nəsr"ə keçir

İDMAN

28 Iyul 2023 | 09:51

Daha bir ulduz futbolçu "Əl Nəsr"ə keçir

Daha bir ulduz futbolçu Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə italiyalı insayder Fabritsio Romano sosial şəbəkədə paylaşım edib.

Onun sözlərinə görə, Almaniyanın “Bavariya” klubunun hücumçusu Sadio Mane “Əl-Nəsr”lə danışıqları yekunlaşdırıb. Klublar arasında da ilkin razılıq əldə olunub. Seneqallı forvardın 37 milyon avro müqabilində yaxın günlərdə yeni komandasına keçidinin rəsmiləşməsi gözlənilir.

Sadio Mane 2022/2023 mövsümündə “Bavariya”nın heyətində 38 oyunda 12 qol vurub, 6 məhsuldar ötürmə verib.

Qeyd edək ki, Kriştianu Ronaldu, Aleş Telleş, David Ospina, Marselo Brozoviç və Taliska kimi tanınmış futbolçular hazırda “Əl-Nəsr”də çıxış edirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR