“İnsanlar mənfi və müsbət rezus faktoru olanlara bölünür. Əksər ölkələrdə, həmçinin Azərbaycanda, ən çox müsbət rezus-faktoru olan OO (I) və A0, AA(II) qan qruplarına ehtiyac var”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, hematoloq Şəhla Şabanova deyib.
Onun sözlərinə görə. baxmayaraq ki, B0 Rh (-) və AB Rh(-) az rast gəlinir, məhz az rast gəlindiyindən də ehtiyac zamanı cətinlik yaranır.
Hematoloq bildirib ki, bir eritrosit kütləsinin maksimum saxlanma müddəti 6 həftədir. Təbii ki, bəzi xəstəliklər zamanı daha tez qan komponentinin köçürülməsi vacib olur: “Bu səbəbdən də daimi ehtiyacdır və alınan qandan 42 gün ərzində istifadə edilməlidir”.
Aytac Aslan
















