“Prezident İlham Əliyevin 20 illik fəaliyyətində Azərbaycan tarixi uğurlar qazandı”.
Bakıvaxtı.az xəbər verir ki, bunu bu gün Milli Məclisin İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümünə həsr olunmuş iclasında Tahir Mirkişili deyib.
“2023-cü ildə Azərbaycan yenidən oyandı, qalib dövlətdir. Bir ay sonra yeni Azərbaycanın 3 yaşı tamam olur. Stratejik, səbrli, humanist olan İlham Əliyev heç kimin gözləmədiyi qələbi qazandı, düşmənlərin belini qırdı. Ümumdaxili məhsullarımız 4 dəfə, büdcə gəlirlərimiz 30 dəfə artıb. Uğurlu siyasət nəticəsində əldə edilən neft gəlirləri sayəsində qeyri-neft sektoru inkişaf edib. İndi də əsas qüvvətverici sahə qeyri-neft sektorudur. Onu fərqləndirən əsas cəhət əldə edilən uğurların xalqın rifahı üçün istifadə edilməsidir. Onun sayəsində Azərbaycanda yoxsulluq və işsizlik səviyyəsi aşağı düşüb. İlham Əliyev göstərdi ki, güclü prezident, xalqın dəstəyi ilə istənilən uğuru əldə etmək mümkündür”.
Aytac Aslan
















