• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

DÇ-2022: Fransa millisinin qolu oyun başa çatdıqdan sonra ləğv olunub

İDMAN

30 Noyabr 2022 | 21:52 | Müəllif: Subhan Mahmudov

DÇ-2022: Fransa millisinin qolu oyun başa çatdıqdan sonra ləğv olunub

Qətərdə keçirilən dünya çempionatında Tunis və Fransa yığmaları arasında D qrupunun III tur oyununda kuryoz hadisə baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, Avropa təmsilçisinin hücumçusu Antuan Qrizmannın 90+8-ci dəqiqədə vurduğu qol final fitindən sonra ləğv edilib.

Matçın baş hakimi Mettyu Konger əvvəlcə qolu qeydə alsa da, görüş başa çatdıqdan sonra VAR sistemi epizoda müdaxilə edib. Nəticədə oyundankənar vəziyyət qeydə alınıb və qol sayılmayıb.

Qeyd edək ki, görüş Tunis yığmasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Fransa millisi məğlubiyyətə baxmayaraq, qrupu 6 xalla ilk pillədə başa vurub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026