• Bakı 5° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

DÇ-2022: Mərakeş millisi yarımfinalda, Portuqaliya mundialla vidalaşıb - YENİLƏNİB

İDMAN

10 Dekabr 2022 | 20:57

DÇ-2022: Mərakeş millisi yarımfinalda, Portuqaliya mundialla vidalaşıb - YENİLƏNİB

Mərakeş millisi Qətərdə keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Afrika təmsilçisi 1/4 finalda Portuqaliya yığmasını minimal hesabla məğlub edib - 1:0. Yeganə qolu 42-ci dəqiqədə Yussuf En-Nesiri vurub.

90+3-cü dəqiqədə Mərakeşin hücumçusu Valid Kedira 2 sarı vərəqə ilə meydandan qovulub.

Afrikalıların növbəti mərhələdəki rəqibi İngiltərə - Fransa cütünün qalibi olacaq.

Qeyd edək ki, daha əvvəl Xorvatiya və Argentina yığmaları yarımfinala adlayıb.

***20:04

Qətərdə keçirilən dünya çempionatında Mərakeş və Portuqaliya yığmaları arasında 1/4 final oyununda ikinci hissə başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, ilk yarıdan sonra Afrika təmsilçisi hesabda öndədir - 1:0.

***19:48

Qətərdə keçirilən dünya çempionatında Mərakeş və Portuqaliya yığmaları arasında 1/4 final oyununda ilk hissə başa çatıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Afrika təmsilçisi fasiləyə minimal hesablı üstünlüklə yollanıb. Yeganə qolu 42-ci dəqiqədə Yussuf En-Nesiri vurub.

***19:44

Qətərdə keçirilən dünya çempionatında Mərakeş və Portuqaliya yığmaları arasında 1/4 final oyununda hesab açılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, 42-ci dəqiqədə fərqlənən Yussuf En-Nesiri Afrika təmsilçisini önə keçirib.

***19:00

Qətərdə keçirilən dünya çempionatında Mərakeş və Portuqaliya yığmaları arasında 1/4 final oyunu başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.

***17:38

Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsində qarşılaşacaq Mərakeş və Portuqaliya yığmalarının start heyətləri açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

Mərakeş: Yassin Bunu, Romen Saiss, Əşrəf Hakimi, Cavad El Yamiq, Sofyan Amrabat, Azeddin Unai, Sekin Amallah, Sofyan Bufal, Yussuf En-Nesiri, Hakim Ziyeş, Yahia Attiyat Allah

Portuqaliya: Dioqu Koşta, Pepe, Dioqu Dalot, Ruben Diaş, Rafael Gerreyru, Ruben Neves, Bernardu Silva, Otavio Monteyro, Brunu Fernandeş, Qonsalu Ramuş, Joau Feliks

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026