• Bakı 13° C

    6.4 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Braziliya millisi və “Barselona”nın sabiq hücumçusu öldü

İDMAN

08 Yanvar 2023 | 21:59 | Müəllif: Subhan Mahmudov

Braziliya millisi və “Barselona”nın sabiq hücumçusu öldü

Braziliya millisinin sabiq hücumçusu, Dinamit kimi tanınan Karlos Roberto de Oliveyra 68 yaşında vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə onun karyerasının böyük hissəsini keçirdiyi “Vasko da Qama” klubunun saytında məlumat verilib.

İdmançının ölüm səbəbi bağırsaq xərçəngi olub.

Roberto 1971-1979-cu illərdə və 1980-1993-cü illərdə “Vasko da Qama”da çıxış edib, oynadığı matçların (1110) və vurulan qolların (708) sayına görə klubun rekordçusu olub.

O, həmçinin İspaniyanın “Barselona”, Braziliyanın “Portuqaliya” və “Kampo Qrande” klublarında da çıxış edib. 2008-2014-cü illərdə artıqk eçmiş futbolçu “Vasko da Qama”nın prezidenti vəzifəsində çalışıb.

Braziliya millisinin heyətində futbolçu 38 oyun keçirib və 20 qol vurub. Milli komanda ilə Dünya Çempionatının bürünc mükafatçısı (1978), Amerika Kubokunun gümüş (1983) və bürünc (1975) mükafatçısı olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026