Əfqanıstanda partlayış olub.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbət verir ki, hadisə Məzari Şərif şəhərində qeydə alınıb. Belə ki, fəhlələri daşıyan avtobus keçəndə yol kənarına qoyulmuş minanın partlaması nəticəsində 7 nəfər həyatını itirib, 6 nəfər isə yaralanıb.
Polis sözçüsü Məhəmməd Asif Vəziri verdiyi açıqlamada qeyd edib ki, partlayış bu gün yerli vaxtla saat 07:00-da Bəlxdə partlayış olub. Hayratan şəhərinə gedən avtobusda neftçilər olub.
Qeyd edək ki, hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Aytac Aslan



jpg-1672903122.webp)











