Şərur rayonunda dəm qazı qadının ölümünə səbəb olub.
Bakıvaxtı.az-ın "Report"a istinadla xəbərinə görə, hadisə Şərur rayonunun Dizə kəndində qeydə alınıb.
Dəm qazının sızması nəticəsində kənd sakini, 1996-cı il təvəllüdlü Bağırova Xədicə Tağı qızı ölüb.
Faktla bağlı Şərur Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
















