• Bakı 24° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Şahbuzda dağ uçqunu - VİDEO

HADİSƏ

19 Mart 2024 | 23:55 | Müəllif: Subhan Mahmudov

Şahbuzda dağ uçqunu - VİDEO

Şahbuz rayonu Biçənək kənd avtomobil yolunda dağ uçqunu baş verib.

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, gün ərzində muxtar respublikada intensiv yağan yağışlar nəticəsində dağ uçqunu qeydə alınıb.

Zərnətun körpüsünün yaxınlığına iri qaya parçaları aşaraq hərəkətin məhdudlaşmasına səbəb olub.

Dərhal əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub.

Qısa müddət ərzində qaya parçaları dağıdılaraq ərazidən uzaqlaşdırılıb və sözügedən yol ilə rahat, təhlükəsiz hərəkət təmin olunub.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026