• Bakı 19° C

    8.79 m/s

  • USD - 1.7

    EUR - 1.8199

    RUB - 0.0182

Keçmiş məhkum marketdən 8000 manatlıq spirtli içki oğurladı - VİDEO

HADİSƏ

18 Aprel 2024 | 14:35

Keçmiş məhkum marketdən 8000 manatlıq spirtli içki oğurladı - VİDEO

Paytaxtın Səbail rayonu ərazisində yerləşən marketlərin birindən müxtəlif vaxtlarda 8000 manat dəyərində spirtli içki oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyindən bildirilib.

Verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törədən paytaxt sakini əvvəllər oğurluq, soyğunçuluq və narkotik cinayətlərinə görə məhkum olunmuş Rasim Abdullayev saxlanılıb.

    R.Abdullayevin Bakı şəhərində analoji cinayətlərdə iştirakının olub-olmadığı araşdırılır. Saxlanılan şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polis orqanlarına müraciət edə bilərlər.


    SON XƏBƏRLƏR

    30 Aprel 2024