Azərbaycanlı Rusiyada qətl törədib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Shot” "Telegram" kanalı məlumat yayıb.
Qeyd olunur ki, Moskvanın Krasnodarskaya küçəsindəki evlərin birinin həyətində parkinqlə bağlı münaqişə baş verib. 25 yaşlı Kirill nişanlısının yanına motosikletlə gəlib. Girişin yaxınlığındakı səkidə 21 yaşlı Azərbaycan vətəndaşı Şahinin (o, Rusiya Federasiyasında qeydiyyatsız olub) ağ rəngli “Toyota Camry” markalı avtomobili olub.
Geri qayıdarkən Kirill Şahinə səkidə və girişin yaxınlığında avtomobil saxlamağın qadağan edildiyini deyib. Buna cavab olaraq Şahin qışqırmağa və motosikletə görə gedə bilmədiyinə hirslənib.
Mübahisə nəticəsində Şahin motosiklet sürücüsünü bıçaqlayıb. Kirill xəstəxanada dünyasını dəyişib.
Şahinin axtarışları davam edir.
Mina Mikayılova