• Bakı 19° C

    8.51 m/s

  • USD - 1.7

    EUR - 1.8199

    RUB - 0.0182

Bakıda DƏHŞƏT: Hamamda qızla oğlanın meyiti tapıldı - kimliyi bilindi - YENİLƏNİB

HADİSƏ

18 Aprel 2024 | 19:13

Bakıda DƏHŞƏT: Hamamda qızla oğlanın meyiti tapıldı - kimliyi bilindi - YENİLƏNİB

Aprelin 18-də Ramana qəsəbəsi, dalan 1, ev 2 fərdi yaşayış evində iki nəfərin meyiti tapılıb.

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, meyiti tapılan şəxslərdən birinin 37 yaşlı Ələmdar Abuzərov olduğu bildirilib.

Sakinlərin sözlərinə görə, digər şəxs isə xanım olub.

Onların dəm qazından zəhərlənərək öldükləri qeyd edilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

----------

16:12


Paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsi ərazində yerləşən evlərdən birində iki nəfərin dəm qazından zəhərlənərək ölməsi faktı üzrə Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Bu barədə Bakıvaxtı.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

 

13:28

Bakıda evdən qızla oğlanın meyiti tapılıb.

Bakıvaxtı.az lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu Ramana qəsəbəsində qeydə alınıb.

Həmin ünvanda yerləşən evlərdən birində oğlanla qızın meyiti hamam otağında aşkarlanıb.

Onların dəm qazından zəhərlənərək öldükləri bildirilir.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

30 Aprel 2024