• Bakı 12° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Dəmir yolu ilə sərnişin daşınmaları ARTIB

CƏMİYYƏT

13 Oktyabr 2023 | 13:27

Dəmir yolu ilə sərnişin daşınmaları ARTIB

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2023-cü ilin yanvar-sentyabr aylarında 13,7 mln. ton yük, 4 915,7 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, 2022-ci ilin eyni dövrü ilə müqayisədə bu ilin 9 ayında yük daşınmasında 0,5%, sərnişin daşınmasında isə 45,5% artım müşahidə olunub.

“Orta hesabla sutkada 408 vaqon yüklənmiş, 420 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 20,7 min ton, Qərb istiqaməti üzrə 2,9 min ton, Cənub istiqaməti üzrə isə 0,7 min ton yüklənmə işi yerinə yetirilib”, - məlumatda qeyd olunub.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026