• Bakı 10° C

    1.57 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Dəmiryolunda partlayış törədildi - VİDEO

DÜNYA

01 May 2023 | 12:58

Dəmiryolunda partlayış törədildi - VİDEO

Rusiyanın Bryansk vilayətində dəmir yolunda törədilən partlayış nəticəsində yük qatarı relsdən çıxıb.

Bakıvaxtı.az  RBK-ya istinadən xəbər verir ki, bunu vilayətin qubernatoru Aleksandr Boqomaz bildirib.

Onun sözlərinə görə, bölgənin Uneçski rayonunda, Bryansk-Uneça dəmir yolunun 136-cı km-də naməlum partlayıcı qurğu işə düşüb. Nəticədə yük qatarının lokomotivi relsdən çıxıb: “Ölən və yaralananlar olmayıb. Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir”.

Bildirilib ki, relsdən çıxan 60 vaqondan ibarət qatar neft məhsulları və taxta-şalban daşıyırmış.

Rusiya Dəmir Yolları şirkəti hələ ki hadisəni şərh etməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR