Xəbər verdiyimiz ki, İranda Denge qızdırmasına yoluxanların sayı artıb.
Bakıvaxtı.az-ın məlumatına görə, belə ki, İran Səhiyyə Nazirliyinin Yoluxucu Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Qubad Moradi ilin əvvəlindən xəstəliyə yoluxanların sayının 226 nəfərə çatdığını deyib. Hazırda isə Çabahar şəhərində virusa yoluxanların sayı azı 100 nəfərdir.
Qonşu ölkədə bu xəstəliyə yoluxmanın artması Azərbaycanda da yayılma təhlükəsi ehtimalı səbəbindən əhali arasında narahatlığa səbəb olur.
Maraqlıdır, virus Azərbaycanda yayıla bilərmi?
Mövzu ilə Bakıvaxtı.az-a açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, biz qloballaşan və kifayət qədər miqrasiya olan bir dünyada yaşadığımız üçün burada istənilən bir infeksiyanın istənilən bir yerdə peydə olması mümkündür.

Adil Qeybulla: Ən təhlükəli məqam xəstəliklə bağlı vaksinasiyanın həyata keçirilə bilinməməsidir
A.Qeybullanın sözlərinə görə, Denge qızdırması təhlükəli hemorragik qızdırmalardan biridir ki, bu hemorragik qızdırmalar virusla və xüsusilə də milçəklər, ağcaqanadlar vasitəsilə yayırlar.
Müsahibimiz vurğulayıb ki, ən təhlükəli məqam xəstəliklə bağlı hələlik effektiv bir vaksinasiya həyata keçirə bilinməməsidir. Qeyd edib ki, bununla bağlı vaksinasiyada problem yaşanıb:
“Ona görə də xəstəlik əgər hansısa ölkədə yayılıbsa, onun maksimum lokallaşdırılması, qarşısının alınması üçün ciddi karantin tədbirləri görülməlidir. Biz də transsərhəd keçid zonalarında nəzarəti gücləndirməliyik. Xüsusilə də bu virus qonşu ölkədə yayılıbsa, Azərbaycanda da yayılma riski var”.
Mina Mikayılova
















