• Bakı 25° C

    10.97 m/s

  • USD - 1.7

    EUR - 2.0054

    RUB - 2.1663

Dəniz daha bir can aldı

HADİSƏ

27 Iyun 2022 | 20:02

Dəniz daha bir can aldı

Xəzər dənizində 46 yaşlı kişi batıb.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən 1976-cı il təvəllüdlü Taleh İbad oğlu İbişovun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.


SON XƏBƏRLƏR

02 Iyul 2025