Baharın gəlişi ilə havalar gah isinir, gah soyuyur. Bu da immunitet sisteminə mənfi təsir göstərir. Bəs bu havalarda immuniteti qorumaq üçün nələrə diqqət etməliyik?
Bakıvaxtı.az-ın məlumatına görə, mütəxəssislər belə durumda bol su içməyi və idman etməyi məsləhət görürlər. Xroniki xəstələr də mövsümi dəyişikliklərdən mənfi təsirlənə bilər.
Bu dövrdə istehlak edilən qida və içkilərə də diqqət yetirmək lazımdır. Tərəvəz və meyvələrin istehlakını artırmaq tövsiyə olunur. Mütəxəssislər hava şəraitinə uyğun geyinməyin vacibliyini də vurğulayırlar.
İmmunitet sistemimizin temperaturun dəyişməsindən mənfi təsirlənəcəyi bildirilir. Qeyd olunur ki, eyni zamanda uyğunlaşma qabiliyyəti də pozulacaq.
Bu dövrdə xüsusilə immun sistemi normal yaş qruplarından zəif olan yaşlılar daha çox təsirləndiyi üçün yaşlılar və azyaşlılar bu mövsümdə isti havalardan təsirlənməməyə maksimum diqqət yetirməlidirlər. Mövsümi yorğunluq, yaz yorğunluğu dediyimiz halların çox su sərfiyyatına görə aradan qaldırılması üçün səhərin erkən saatlarında idman etmək son dərəcə əhəmiyyətlidir.
Mütəxəssislərə görə, miqren tutmaları başda ürək xəstəliklərinə səbəb ola bilər və isti-soyuq fərqi olduğu zaman bu şərtlərdən daha çox təsirlənən yaşlıların bu mövzuya daha çox diqqət yetirmələri faydalıdır.
Qış çayı kimi bildiyimiz kəklikotu, cökə, adaçayı, zəncəfil kimi çayları bu dövrdə istehlak etmək də faydalıdır.
Ay Tac
















