• Bakı 18° C

    4.18 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

İtkin düşən  kişinin yanmış meyiti tapıldı - YENİLƏNİB

CƏMİYYƏT

02 Iyun 2023 | 11:44

İtkin düşən kişinin yanmış meyiti tapıldı - YENİLƏNİB

Mayın 25-də itkin düşmüş 1953-cü il təvəllüdlü Davud Yusifovun iyunun 2-də yanmış meyitinin aşkar edilməsi faktı üzrə Qax rayon prokurorluğunda araşdırma aparılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, hadisənin baş vermə halı və şəraiti tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

 

10:17

Mayın 25-də itkin düşən Qax şəhər sakini, 1953-cü il  təvəllüdlü Davud Yusifovun yanmış meyiti rayon ərazisində aşkar edilib.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Rəsmi məlumata görə, hazırda faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR