• Bakı 26° C

    1.27 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

DİN-dən qanunsuz silahlarla bağlı əhaliyə MÜRACİƏT

CƏMİYYƏT

08 Dekabr 2021 | 18:20 | Müəllif: Subhan Mahmudov

DİN-dən qanunsuz silahlarla bağlı əhaliyə MÜRACİƏT

Daxili işlər orqanları tərəfindən əldə edilən əməliyyat məlumatları əsasında keçirilən tədbirlərlə yalnız bir gündə respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlar tərəfindən qanunsuz saxlanılan 10 ədəd ov tüfəngi götürülüb.

Nazirlikdən Bakıvaxtı.az-a verilən məlumata görə, Astara rayon sakinləri M.Məmmədovdan və S.Əhmədovdan, Beyləqan rayon sakinləri B.Aslanovdan və Ə.Məmişovdan, Qəbələ rayon sakinləri İ.Hacıyevadan və E.Abdullayevdən, Balakən rayon sakinləri R.Şərifovdan və P.Mollayevdən, Ağdam rayon sakini Z.Murtuzayevdən, Hacıqabul rayonunda isə X.Qarayevdən qanunsuz saxladıqları müxtəlif markalı ov tüfəngləri polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.

Silahlar aidiyyəti üzrə təhvil verilib. Bütün faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

Daxili İşlər Nazirliyi bir daha vətəndaşlara müraciət edərək bildirir ki, əllərdə saxlanılan qanunsuz odlu silah-sursat könüllü olaraq hüquq-mühafizə orqanlarına təhvil verilməlidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026