• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

DİN-dən Salyanda azyaşlı qız barədə yayılan məlumata MÜNASİBƏT

CƏMİYYƏT

05 Noyabr 2022 | 10:10

DİN-dən Salyanda azyaşlı qız barədə yayılan məlumata MÜNASİBƏT

Sosial şəbəkələrdə Salyan rayonunda kəndlərin birində 42 yaşlı N.N azyaşlının qısnamaya məruz qalması və polisin etinasızlığı ilə bağlı iddialar yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan polis kapitanı Nizam Həmidov Bakıvaxtı.az-a bildirib ki, rayon sakini Ə.Q oktyabrın 30-da DİN-in "102" xidmətinə zəng edərək 13 yaşlı qızının məktəbdən qayıdan zaman naməlum şəxs tərəfindən qarşısının kəsilməsi və narahat edilməsi barədə məlumat verib.

Daxil olan müraciətlə əlaqədar Salyan RPŞ-də araşdırma aparılıb. Keçirilən tədbirlər nəticəsində yeniyetməni narahat edənin rayonun Kərimbəyli kənd sakini, ruhu əsəb xəstəsi olan Mahir Həsənov olması müəyyən edilib.

Sonradan azyaşlının valideyni həmin şəxsi tanıdığından və əsəb xəstəliyindən əziyyət çəkdiyini bildiyindən şikayət və tələbinin olmadığını bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026