• Bakı 17° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

DİN əhaliyə müraciət etdi

CƏMİYYƏT

04 Mart 2023 | 16:14

DİN əhaliyə müraciət etdi

Daxili İşlər Nazirliyi (DİN) Xətai rayonunda marketə basqın edən şəxsin zərəsizləşdirilməsi iddiaları ilə bağlı sosial şəbəkədə yayılan fotolarla bağlı əhaliyə müraciət edib.

Bakıvaxtı.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin müraciətində deyilir:

“Bakıda marketdə silahlı basqınla əlaqədar sosial şəbəkələrdə yayılan fotoşəkillərin Xətai rayonunda olan hadisə ilə əlaqəsi yoxdur. Həmin fotoşəkilləri yaymamağı tövsiyə edirik”.

Qeyd edək ki, bu gün günorta saatlarında iki nəfər naməlum şəxs Xətai rayonunda mağazalardan birinə odlu silahla basqın edib. 

Hadiə zamanı bir nəfər həlak olub, iki nəfər yaralanıb.

Sosial şəbəkələrdə guya silahlıların birinin zərərsizləşdirilməsi ilə bağlı fotolar yayılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026