• Bakı 12° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

DİN-dən məktəbdə müəllimləri söyən şagirdlə bağlı AÇIQLAMA

HADİSƏ

07 Dekabr 2021 | 09:42

DİN-dən məktəbdə müəllimləri söyən şagirdlə bağlı AÇIQLAMA

Paytaxtın Suraxanı rayonunda 282 saylı məktəbdə şagirdin neqativ hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan iddiaların yoxlanılması məqsədilə araşdırmalar gedir.

Bakıvaxtı.az xəbər verir kii, bu barədə DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev "facebook" sosial şəbəkədə yazıb. Qeyd olunub ki, rayon polisin rəhbər vəzifəli şəxsləri hazırda məktəbədir.

E.Hacıyev bildirib ki, tərəflərdən polisə daxil olan qarşılıqlı şikayətlərin təfərrüatları yerində yoxlanılır: "Neqativ hala rəvac verən halın aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsi təmin olunacaq".

Qeyd edək ki, ötən gün adıçəkilən məktəbdə şagirdlərdən birinin şalvarını çıxardığı, qız uşaqlarını küçə söyüşləri ilə təhqir etdiyi, müəllimələri söydüyü və məktəbə bıçaq gətirib hamını hədələyi ilə bağlı məlumat yayılıb.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026