• Bakı 21° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

"Dövlət sərhədində 12 kq narkotik aşkarlanıb" - DSX

HADİSƏ

09 Fevral 2022 | 14:33

"Dövlət sərhədində 12 kq narkotik aşkarlanıb" - DSX

Fevral ayının 7-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şun­larının “Göytəpə” sərhəd dəstəsinin hərbi qulluqçularının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Yar­dımlı rayonu­nun Arus kəndinin yaxınlığında yerləşən sərhəd zasta­vasının xidməti sahə­sin­də sərhədboyu ərazidə 1 ədəd sahibsiz bağlama aşkarlanıb.

Bu barədə Bakıvaxtı.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, həmin bağlamaya baxış zamanı təxmini çəkisi 12 kiloqram narkotik vasitəyə (10 kq 70 qram heroin, 1 kq 25 qram metamfetamin) bənzər mad­də­lər aşkar­lanaraq götürülüb.

Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.


"Dövlət sərhədində 12 kq narkotik aşkarlanıb" - DSX"Dövlət sərhədində 12 kq narkotik aşkarlanıb" - DSX
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR