• Bakı 13° C

    6.4 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Dövlət Xidmətinin 2 generalı vəzifədən AZAD EDİLDİ - YENİLƏNİB

CƏMİYYƏT

01 Avqust 2023 | 10:55

Dövlət Xidmətinin 2 generalı vəzifədən AZAD EDİLDİ - YENİLƏNİB

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Baş İdarələrinin rəisləri tutduqları vəzifədən azad olunub və hazırda Xidmət rəisinin sərəncamına götürülüb.

Bu barədə Bakıvaxtı.az-a Xidmətin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov deyib.

O bildirib ki, həmin sözügedən Baş İdarələrin sayı beşdir və onlar ləğv olunmayıb.

Vəzifəsindən azad olunan idarə rəisləri isə aşağıdakılardır:

Çağırış Baş İdarə rəisi general-mayor Çingiz Kiçikbəyov, Kadrlar Baş İdarə rəisi general-mayor Azad Əliyev, Təşkilat Nəzarət Baş İdarə rəisi polkovnik Famil Aslanov, Maddi-Texniki Təminat Baş İdarə rəisi polkovnik Anar Əliyev və Səfərbərlik Baş İdarə rəisi polkovnik Vəli Rzayev.

***

10:48

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin iki generalı vəzifəsindən azad olunub.

Bakıvaxtı.az xəbər verir ki, işdən çıxarılan şəxslər Xidmətin Çağırış Baş İdarə rəisi, general-mayor Çingiz Kiçikbəyov və Kadrlar Baş İdarə rəisi, general-mayor Azad Əliyevdir.

Hər iki general sərəncama götürülüb.

Qeyd edək ki, ilk məlumatı gununsesi.info yayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026