• Bakı 22° C

    6.67 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

DTX-nin həbs etdiyi sabiq icra başçısından XƏBƏR VAR

CƏMİYYƏT

16 Noyabr 2021 | 13:03 | Müəllif: Subhan Mahmudov

DTX-nin həbs etdiyi sabiq icra başçısından XƏBƏR VAR

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilən Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev və digər təqsirləndirilən şəxslər barəsində hökmdən apellyasiya şikayəti verilib.

Bakıvaxtı.az “Report”a istinadən xənər verir ki, şikayət baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilib.

Şikayətə yaxın günlərdə baxılması gözlənilir.

Qeyd edək ki, DTX əməkdaşları tərəfindən həbs edilən sabiq icra başçısı İsmayıl Vəliyev hökmə əsasən 10 il müddətinə azadlıqdan məhrum edilib.

Digər qərarla Gültəkin Sadıqovaya 6 il 6 ay, Telman Zahidova 8 il 3 ay, Əjdər Kərimovaya 8 il 6 ay, Anar Cəfərova 8 il, Vurğun Əkbərova 9 il, Vüqar Nağıyevə 8 il həbs cəzası verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR