• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

DTX-nin həbslərindən sonra korrupsiya halları daha da azalacaq - SORĞU

CƏMİYYƏT

17 Noyabr 2022 | 10:28 | Müəllif: Qalib İbrahimoğlu

DTX-nin həbslərindən sonra korrupsiya halları daha da azalacaq - SORĞU

"Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğu çərçivəsində respondentlərdən son vaxtlar qanunazidd əməllərə yol verən vəzifəli şəxslərin Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbsinin mümkün təsirləri də soruşulub”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin üzü Tahirə Allahyarova bildirib.

O qeyd edib ki, respondentlərin fikrincə, bu həbslərdən sonra korrupsiya halları daha da azalacaq (47.0%), məmur-vətəndaş münasibətlərində şəffaflıq artacaq (25.0%), xidmət və idarəetmə mexanizmləri təkmilləşəcək (10.3%). Respondentlərin 25.7%-i bu istiqamətdə heç bir gözləntisinin olmadığını bildirib. 12.4% respondent bu sualla bağlı mövqe bildirməyib.

Prezidentin milli təhlükəsizliyin təmin edilməsi istiqamətində fəaliyyəti respondentlərin 67.5%-i tərəfindən çox yaxşı, 25,5%-i tərəfindən əsasən yaxşı qiymətləndirilib. Rəyi öyrənilənlərin 1.6%-i əsasən pis, 2.5%-i çox pis mövqeyini bölüşüb. 2.8% respondent bu barədə mövqe bildirməyib.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR