• Bakı 20° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

DTX-nin saxladığı Elnur Əliyev  işə çıxır? - YENİLƏNİB

CƏMİYYƏT

03 Noyabr 2022 | 10:50

DTX-nin saxladığı Elnur Əliyev işə çıxır? - YENİLƏNİB

Məlumatı dəqiqləşdirmək üçün Mədəniyyət Nazirliyinin mətbuat katibi Nuridə Allahyarova ilə əlaqə saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, nazirlik sözçüsü nazir müavininin iş başında olduğunu nə təsdiq, nə təkzib edə bilib: “Nazir müavini niyə işdə olmamalıdır ki?.. Bir dövlət qurumunun digər dövlət qurumunda qanunvericilik və səlahiyyətləri çərçivəsində əməliyyat aparmağa hüquqi ixtiyarı var. Burada qeyri-adi heç nə yoxdur. Bununla bağlı heç bir rəsmi açıqlama verilməyibsə, nazir müavininin işdə olmamasına da bir səbəb görmürəm. İşinin başında olmalı hər kəs işinin başındadır”.

 

10:20

Bir sıra yerli KİV-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində noyabrın 1-də keçirdiyi əməliyyat zamanı istintaqa cəlb olunan nazirin birinci müavini Elnur Əliyev işə çıxması ilə bağlı iddialar yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, Elnur Əliyevin işə çıxması ilə bağlı xəbərlər həqiqəti əks etdirmir. Elnur Əliyev DTX keçirdiyi əməliyyat zamanı istintaqa cəlb olunub.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti Mədəniyyət Nazirliyində əməliyyat keçirib. Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Protokol Şöbəsinin rəisi Kamil Rzayev, Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibov və digər vəzifəli şəxslər də istintaqa cəlb olunublar.

Dünən isə Səbail rayon Məhkəməsində Mədəniyyət Nazirliyinin Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibovun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. /Trend

 

09:40

Noyabrın 1-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyatla saxladığı bildirilən nazirin birinci müavini Elnur Əli oğlu Əliyev işinin başındadır.

Bakıvaxtı.az Oxu.az-a istinadən xəbər verir ki, nazir müavini hazırda vəzifəsini icra edir.

Nazirliyin elə həmin gün saxlanılan Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibov barəsində isə həbs qətimkan tədbiri seçilib.

İstintaq davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR