• Bakı 7° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Dünya çempionatı: Cüdoçumuz mübarizəyə başlayır

İDMAN

10 May 2023 | 09:13

Dünya çempionatı: Cüdoçumuz mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha bir cüdoçusu Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

Bakıvaxtı.az xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən Səid Mollayi tatamiyə çıxacaq.

31 yaşlı idmançı 1/16 final mərhələsində Aleks Barto (Slovakiya)/Fransua Qotyer Drapau (Kanada) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl kişilərdə Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), Hidayət Heydərov, qadınlarda Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aydan Əliyeva (hər ikisi 52 kq) turniri medalsız başa vurublar. Dünya çempionatı mayın 14-də başa çatacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026