• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Dünya çempionatı: İlk gün 5 güləşçimiz mübarizə aparacaq

İDMAN

02 Sentyabr 2024 | 09:54 | Müəllif: Əli Hüseynov

Dünya çempionatı: İlk gün 5 güləşçimiz mübarizə aparacaq

Bu gün İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-20 dünya çempionatı start götürəcək.

Bakıvaxtı.az xəbər verir ki, yarışın ilk günündə yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaqlar.

5 pəhləvanımız xalça üzərinə çıxacaq.

U-20 dünya çempionatı
Yunan-Roma güləş

5️5 kq
Təsnifat mərhələsi
Rahim Həsənov ilk görüşdə çexiyalı Filip Bartoşiki sınağa çəkəcək.

6️3 kq
Təsnifat mərhələsi
Məhəmməd Şükürzadə ilk olaraq serbiyalı Hristo Valentinovdan üstün olmağa çalışacaq.

77 kq
Təsnifat mərhələsi
Təsnifat mərhələsində mübarizəyə başlayacaq Davud Məmmədov moldovalı Aleksandru Soloveu ilə üz-üzə gələcək.

87 kq
1/8 final
Serbiyalı Andriya Mihayloviçlə braziliyalı Kauan Luiz cütünün qalibi 1/8 finalda Cocu Səmədova rəqib olacaq.

130 kq
1/8 final

Məzaim Mərdənov ilk olaraq Serbiyanı təmsil edən Marko Supiçlə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan yığması mundialda 25 idmançı ilə təmsil olunacaq. Dünya çempionatına sentyabrın 8-də yekun vurulacaq. /İdman.biz


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026