• Bakı C

    5.01 m/s

  • USD - 1.7

    EUR - 1.7969

    RUB - 1.5741

Dünya “ikinci Tramp müddətinə” necə hazırlaşır?

SİYASƏT

25 Aprel 2024 | 12:18

Dünya “ikinci Tramp müddətinə” necə hazırlaşır?

Bu ilin noyabr ayında ABŞ-da keçiriləcək prezident seçkilərində Donald Tramp hakimiyyətə gələrsə, bir çox ölkə nə edəcəyi ilə bağlı siyasət hazırlayır.

Bakıvaxtı.az "Euronews"a istinadən bildirir ki, artıq ABŞ-ın müttəfiqləri öz maraqlarını qorumaq üçün addımlar atmağa başlayıblar.

Belə ki, Almaniya Trampla münasibətləri inkişaf etdirmək üçün koordinatoru işə salıb. Meksika hökumət rəsmiləri Tramp komandası ilə görüşür. Avstraliya isə Trampa qarşı ABŞ-ın müdafiə əlaqələrini qorumağa çalışır. Eyni zamanda Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron, Macarıstanın Baş Naziri Viktor Orban və Polşa prezidenti Andjey Duda  Trampla görüşüblər. 

Trampın müşaviri Brayan Hyuz danışıqlarla bağlı bildirib ki, dünya liderlərinin görüşləri və telefon zəngləri Co Baydenin zəif olduğunu göstərir. Onun sözlərinə görə, prezident Tramp ABŞ-ın 47-ci prezidenti kimi and içdiyi zaman dünya daha təhlükəsiz və Amerika daha firavan olacaq.

Gülşən Şərif


SON XƏBƏRLƏR

01 Dekabr 2024