• Bakı 22° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Koreya Prezidentindən Azərbaycan xalqına təbrik 

SİYASƏT

25 May 2024 | 12:05

Koreya Prezidentindən Azərbaycan xalqına təbrik

Koreya Respublikasının Prezidenti Yun Sok Yol Prezident İlham Əliyevi təbrik edib.

Bakıvaxtı.az xəbər verir ki, təbrikdə deyilir:

    "Zati-aliləri.

    Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi çatdırıram.

    Ötən illər ərzində ölkələrimiz arasında güclü əməkdaşlıq və tərəfdaşlıq münasibətləri qurulmuşdur. Bu münasibətlərin inkişaf edərək xalqlarımız arasında dostluq əlaqələrini daha da gücləndirəcəyinə ümidvaram.

    Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan Respublikasına daimi rifah arzu edirəm".


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    25 Sentyabr 2026