• Bakı 18° C

    7.79 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Məşhur aktrisa vəfat etdi

MƏDƏNİYYƏT

06 Dekabr 2022 | 09:38

Məşhur aktrisa vəfat etdi

Hollivudun ən sevilən simalarından biri olan məşhur aktrisa Kirsti Alley 71 yaşında vəfat edib.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə onun övladları sosial çəbəkədə bildiriblər.  Aktrisanın meneceri də onun ölüm xəbərinin doğru olduğunu deyib.

Ailəsindən verilən açıqlamaya görə, Alley bu yaxınlarda xərçəng xəstəliyinə tutulub və Floridadakı Moffitt Xərçəng Mərkəzində müalicə alıb.

"O, ekranda nə qədər ikonik olsa da, çox yaxşı ana və nənə idi", deyə Alleyin uşaqları yazıb.

Aktrisanın keçmiş əri isə onun ölüm xəbərindən sonra "Birlikdə keçirdiyimiz illər, iki heyrətamiz övladımız və nəvələrimiz üçün minnətdaram. Darıxacayıq" paylaşımını edib

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026