Son bir həftə ərzində dünyada 10 805 132 nəfər koronavirus infeksiyasına yoluxub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülletenində yer alıb.
Məlumata görə, yoluxma hallarının sayı daha öncəki həftə ilə müqayisədə 14 faiz azalıb,
Son 7 gün ərzində 45 711 nəfər isə COVID-19-un qurbanı olub. koronavirusdan ölüb.
Məlumata əsasən, ölüm hallarının sayı isə öncəki həftə ilə müqayisədə 43 faiz artıb.
Ramid İbrahimov
















