• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"EasyJet" uçuşlarda süni intellektdən istifadə edəcək

DÜNYA

23 May 2024 | 11:19 | Müəllif: Gülşən Şərif

"EasyJet" uçuşlarda süni intellektdən istifadə edəcək

Britaniyanın “easyJet” şirkəti idarəetmədə və uçuşlarda süni intellektdən istifadə etməyi planlaşdırır.

Bakıvaxtı.az "CNN"ə istinadən bildirir ki, bu barədə aviaşirkətin baş icraçı direktoru Yohan Lundqren açıqlama verib.

Onun sözlərinə görə, Luton Hava Limanı yaxınlığında yerləşən inteqrasiya edilmiş idarəetmə mərkəzində yerləşən personalın generativ süni intellekt aləti olan "Jetstream"ə çıxışı var. Bu, pilotların və ekipajların yerdəki problemlərini daha tez həll etməyə kömək edir.

""EasyJet"in yeni idarəetmə mərkəzində süni intellektin istifadəsi uçuşları daha yaxşı idarə etməyə imkan verəcək. Süni intellekt gözləmə ekipajının tələblərini proqnozlaşdıracaq və hər bir əməliyyat üçün ən yaxşı ekipaj variantlarını tövsiyə edəcək. Süni proqnozlaşdırıcı texniki qərarların qəbul edilməsinə və tələbata uyğun olaraq düzgün təyyarənin seçilməsinə kömək edir. Ona görə də süni intellektə dair biliklərimizə və istifadəmizə sərmayə qoymağa davam edirik". - deyə Lundqren vurğulayıb.

Qeyd edək ki, "easyJet"in idarəetmə mərkəzində 250-dən çox işçi çalışır və gündəlik təxminən 2000 uçuş proqramı var.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026